İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni ofisi açılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açılış mərasimində Türkiyənin Səhiyyə naziri Fahrettin Koca və videokonfrans yolu ilə təşkilatın Avropa regional bürosunun direktoru doktor Hans Kluge iştirak ediblər.
Tədbirdə çıxış edən F.Koca son 20 il ərzində Türkiyənin keçdiyi inkişaf yolundan, o cümlədən səhiyyə sahəsində atılan addımlardan danışıb. Nazir ÜST üçün xüsusi əhəmiyyət kəsb edən bu ofisin COVID-19 pandemiyası ilə bağlı ehtiyacların ödənilməsi istiqamətində fəaliyyət göstərəcəyini, bununla da Türkiyənin beynəlxalq arenada mərkəzi mövqeyə sahib olacağını vurğulayıb.