Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin müddəti 2021-ci il yanvarın 11-dək uzadılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.
Qərarda bildirilir ki, pandemiya ilə bağlı vəziyyət bütün dünyada gərgin olaraq qalır. Bu qərar Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın ikinci dalğası ilə bağlı xəbərdarlığı nəzərə alınaraq və xəstəliyin Ermənistanda geniş yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və müvafiq profilaktik, epidemiya əleyhinə tədbirlər görülmək üçün qəbul olunur.
Ölkədə karantin rejimi 2020-ci il sentyabrın 11-dən 2021-ci il yanvarın 11-dək tətbiq ediləcək.