Gürcüstan beynəlxalq müntəzəm aviareyslərə tətbiq etdiyi məhdudiyyətlərin müddətini daha bir ay, noyabrın 1-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlərin müddətinin uzadılması dünyada və Gürcüstanda koronavirus pandemiyasına yoluxma hallarının artması ilə əlaqədardır.
Məhdudiyyətlər Münhen, Paris və Riqa istiqamətləri üzrə yerinə yetirilən uçuşlara aid edilməyəcək.
Qeyd edək ki, bundan öncə Gürcüstanda beynəlxalq uçuşlara məhdudiyyətlərin müddəti sentyabrın 30-dək uzadılmışdı.