BƏƏ və İsrail süni intellektin inkişafına dair saziş imzalayıblar

A- A A+

Məhəmməd bin Zayid adına Süni Zəka Universiteti (BƏƏ) və Veytsman adına İsrail Çoxprofilli Elmi-Tədqiqat İnstitutu arasında süni intellektin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə WAM informasiya agentliyi bildirib.

Məlumata əsasən, iki ölkənin akademik institutları "süni zəkanın inkişafı və istifadəsi məqsədi ilə bir sıra sahələrdə əməkdaşlıq memorandumu imzaladılar".

Razılaşmalar çərçivəsində tələbə mübadiləsi proqramları, elmi konfranslar və seminarların keçirilməsi, tədqiqat qrupları arasında müxtəlif mübadilə formaları və hesablama mərkəzlərinin mənbələrindən birgə istifadəsi nəzərdə tutulub.

Bundan əlavə, memorandumda birgə süni intellekt institutunun yaradılmasından bəhs olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: