Nazir Hulusi Akar: Türkiyə dialoq tərəfdarıdır və bu istiqamətdə səyləri dəstəkləyir

A- A A+

Yunanıstan 18 adada qanunsuz silahlandırma aparıb. Bu hal gərginliyi daha da artırır, dialoq imkanlarına zərər gətirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizindəki vəziyyəti dəyərləndirərkən ifadə edib. Türkiyənin dialoq tərəfdarı olduğunu və siyasi həll üçün səyləri dəstəklədiyini diqqətə çatdıran nazir deyib: “Bizim anlayışımıza görə, gərginlik yaratmaq, təhrik etmək və təxribatların heç kimsəyə, xüsusilə də Yunanıstana faydası yoxdur”.

“Oruç Rəis” kəşfiyyat-axtarış gəmisinin qrafikə uyğun olaraq hərəkətdə olacağını xatırladan nazir qətiyyətlə bildirib ki, Türkiyə Şərqi Aralıq dənizindəki maraq və mənafelərindən geri çəkilməyəcək.

Qeyd edək ki, nazir Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin komandan heyəti Kaş adasına səfər edib. Nazir Kaşda canlı yayınla Anadolu agentliyinin suallarını cavablandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: