BMT Baş Assambleyası koronavirus xəstəliyi ilə bağlı qətnamə qəbul edib

A- A A+

BMT Baş Assambleyası “Koronavirus xəstəliyinin pandemiyasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri barədə” qətnaməni qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəddə COVID-19 epidemiyasına qarşı qlobal reaksiyanın əsas siyasi və sosial-iqtisadi ölçüləri öz əksini tapıb. Burada koronavirusa qarşı mübarizə məqsədilə ilkin tibbi-sanitariya yardımı, səhiyyə xidmətlərinin ümumi əhatə olunması və əhalinin peyvənd olunması, eləcə də bütün dövlətlərin davamlı inkişaf naminə iqtisadiyyatın bərpası üzrə səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanır. Üzv ölkələr BMT sisteminin milli hökumətlərin qəbul etdiyi tədbirlərə yardım etmək üçün gördüyü işləri bəyəndilər və BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi sistem səylərində əsas liderlik rolunu etiraf etdilər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: