Çində koronavirusa qarşı ilk vaksin noyabrda əhali üçün əlçatan ola bilər

A- A A+

Çində koronavirus infeksiyasına qarşı ilk vaksin cari ilin noyabr və ya dekabr aylarında geniş əhali kütlələri üçün əlçatan ola bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bioloji təhlükəsizlik üzrə eksperti Çinin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

“Təxminən noyabr və ya dekabr aylarında adi insanlar COVID-19 əleyhinə peyvənd vurdura bilər. Belə ki, vaksinin klinik sınaqlarının üçüncü mərhələsi uğurla davam edir”, - deyə o bildirib. Ekspertin sözlərinə görə, o özü də peyvənd olunub və hər hansı yan təsirə məruz qalmayıb.

Qeyd edək ki, bir qədər əvvəl Çin hakimiyyəti ölkədə fəaliyyət göstərən əczaçılıq kompaniyalarının hazırda koronavirusa qarşı klinik sınaqlar mərhələsini keçən və yaxın zamanlarda bütün ölkələr üçün əlçatan olacaq doqquz vaksin hazırladığı barədə məlumat yayıb. Hazırda onlardan ən az dördü sonuncu sınaq mərhələsindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: