Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.
“Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq”, - deyə o, Birinci kanalda yayımlanan “Dok-tok” proqramının efirində bildirib.
Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni “Sputnik V” vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus əleyhinə vaksini qeydiyyatdan keçirib. Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutu tərəfindən hazırlanan “Sputnik V” preparatı iyun və iyul aylarında klinik sınaqlardan keçib.