İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkə COVID-19 əleyhinə vaksinin istehsalı üçün seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Amerikanın “Novavax” əczaçılıq şirkəti İspaniyanın “Zendal” bioəczaçılıq qrupunun Pontevedra bələdiyyəsində yerləşən Porrinyo mənzil-qərargahında öz vaksininin sənaye miqyasında istehsalına cavabdeh olacağını elan edib. Vaksin ABŞ hüdudlarından kənardakı bazarlara tədarük ediləcək.
İspaniya tərəfi ilə razılaşma İspaniya əczaçılıq sənayesi və gələcəkdə hazırlanacaq COVID-19 əleyhinə vaksinin istehsal həcminin artırılması üçün mühüm stimul olacaq.