Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçu mülki şəxsə qarşı cinayət törətdiyi üçün istintaqa cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, Tərtər rayonunun işğal olunmuş Kiçik Qarabəy (Möhrətağ) kəndində yaşayan Artuş Avakyan Ermənistan Müdafiə Nazirliyinin “qaynar xətt”inə zəng edərək hərbi qulluqçular tərəfindən daim incidildiyini, hədə-qorxulara məruz qaldığını, eləcə də pulunun və əmlakının zorla əlindən alındığını bildirib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb. Bir neçə erməni hərbi qulluqçu istintaqa cəlb olunub.