Türkiyədə 4.5 bal gücündə zəlzələ baş verib

A- A A+

Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda Rixter cədvəli üzrə 4.5 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, Türkiyə vaxtı ilə 9.54-də qeydə alınan yeraltı təkan ətraf bölgələrdə də hiss olunub. Hələlik zəlzələnin təsiri barədə dəqiq məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: