“Alibaba” sifarişlərin çatdırılması üçün hazırladığı ilk robotu təqdim edib

377

Elektron kommersiya sahəsində dünya lideri olan Çinin “Alibaba” kompaniyası sifariş çatdırılması üzrə özünün ilk avtonom robotunu təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi Çin KİV-lərinə istinadla xəbər verir ki, “Xiaomanlv” adlandırılan robot süni intellektli pilotsuz idarəetmə texnologiyası ilə təchiz olunub. O, gün ərzində 500-ə yaxın sifarişi müəyyən bir ünvana, məsələn, ofis binasına və ya məktəbə çatdırmağa qadirdir. Robot hava şəraiti və GPS siqnalından asılı olmayaraq, bir dəfəyə 50 poçt bağlaması apara və təxminən 100 kilometr məsafə qət edə bilir. Belə robotlar sayəsində yaxın zamanlarda ekspress-çatdırılma sahəsində gün ərzində bir milyard sifariş səviyyəsinə yüksəlmək nəzərdə tutulur.

Qeyd edək ki, əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan “Alibaba Group” Çinin ən iri internet kompaniyasıdır. Qrup “Alibaba Pictures”, “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com” kimi bir neçə kompaniya və internet meydançanın, həmçinin bulud texnologiyaları sahəsində çalışmalar aparan “Alibaba Cloud” və süni intellekt sahəsində fəaliyyət göstərən “AI Labs” törəmə müəssisələrinin sahibidir. Son məlumata əsasən, internet biznesi “Alibaba Group” kompaniyasının gəlirinin təxminən 86 faizini təşkil edir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: