Rusiyada koronavirus infeksiyasının müalicəsi üçün tövsiyə olunan dərmanın qiyməti açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Areplivir” adlanan dərmanın qiyməti 12 320 rubl (təxminən 277 manat) məbləğində müəyyən edilib.
“Promomed” əczaçılıq şirkətinin istehsal etdiyi “Areplivir” preparatı favipiravir maddəsi əsasında hazırlanır. Preparat yalnız stasionar şəraitində tətbiq edilir və reseptlə buraxılır.