Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib - VİDEO
“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II” smartfonunu təqdim edib. Yenilik böyükölçülü smartfonları sevməyən, amma şəkil çəkməyi, musiqi dinləməyi, oyun oynamağı və tam ekranda video izləməyi sevənlər üçün uyğundur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Xperia 5 II” aparatı tərəflər nisbəti 21:9 olan, HDR texnologiyasını dəstəkləyən genişformatlı “CinemaWide” OLED displeyi ilə təchiz edilib. Displeyin yeniləmə tezliyi 120 hersdir.
Bundan başqa, sensor displeyin reaksiya tezliyi 240 hs-dək artırılıb. Bu o deməkdir ki, “Xperia 5 II”nin ekranı əvvəlki modelin displeyi ilə müqayisədə toxunuşlara 4 dəfə daha sürətli reaksiya verir.
Qabaqcıl “Snapdragon 865” platforması ilə işləyən qurğu 8 QB əməli yaddaşa malikdir. Fləş daşıyıcının tutumu 128 və ya 256 QB-dır. Avropada “Xperia 5 II” aparatı iki SİM kart və “5G” şəbəkələrini dəstəkləyən variantda təklif ediləcək.
“Sony” şirkətinin yeni smartfonunda arxa paneldə 3 ədəd 12 mp-lik “ZEISS” obyektivi yerləşdirilib: sensorunun ölçüsü 1/1,7 düym olan və şəklin optik sabitləşməsini dəstəkləyən əsas, fokus məsafəsi 16 mm olan genişbucaqlı, fokus məsafəsi 70 mm olan və 3 qat optik zuma malik teleobyektiv. Yan tərəfdə çaxmaq üçün ayrı bir düymə nəzərdə tutulub.
Həmçinin aparatda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor (“Dolby Atmos” və “360 Reality Audio” dəstəyi var) və təmassız ödənişlər üçün NFC çipi var.