Qazaxıstan koronavirusa qarşı yerli peyvəndinin sınaqlarına başlayıb

A- A A+

Qazaxıstanda Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Biotəhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunda hazırlanan, koronavirus infeksiyasına qarşı “QazCovid” peyvəndinin klinik sınaqlarına başlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, peyvənd tədqiqatının birinci mərhələsində 18-50 yaş arası 44 sağlam könüllünün iştirak etdiyi qeyd olunur.

Tədqiqatın ikinci mərhələsi üçün alimlər 200 nəfər cəlb etməyi planlaşdırırlar.

İkinci mərhələdə peyvəndin immunogenliyi öyrəniləcək.

Qazaxıstan peyvəndinin testində iştirak etmək üçün 688 könüllünün müraciət etdiyi qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: