Ərdoğan and içib

A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

NUHÇIXAN xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Tədbirdə Azərbaycanın baş naziri Novruz Məmmədov, eləcə də 22 ölkənin prezidenti, 27 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edir.

R.T.Ərdoğan andiçəndən sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək.

Andiçmə mərasimi qonaqların şərəfinə ziyafət və mətbuat konfansı ilə davam edəcək.

R.T.Ərdoğanın andiçməsi ilə Türkiyə parlament idarəetmə üsulundan prezident idarəetmə formasına keçmiş sayılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: