Rusiyada koronavirusa qarşı “Areplivir” preparatı satışa çıxarılıb

A- A A+

Rusiya apteklərində koronavirusa qarşı ambulator qaydada istifadəsinə icazə verilən “Areplivir” preparatının satışı başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu preparatın istehsalçısı olan “Promomed” kompaniyasının baş direktoru Andrey Mladentsev deyib.

“Bu gün satışların birinci günüdür. Lakin preparatı sentyabrın 18-də ala bilən apteklər satışa şənbə günündən başlayıb”, - deyə o bildirib.

Andrey Mladentsevin sözlərinə görə, preparat, bütün iri aptek şəbəkələri və distribütorlar tərəfindən sifariş olunub. Satışların ilk mərhələsində preparatın Rusiyadakı təxminən 10 min aptekə çatdırılması nəzərdə tutulur, sonradan satış nöqtələrinin sayı artırılacaq.

Qeyd edək ki, bir qədər əvvəl “Promomed” kompaniyasının rəhbəri “Areplivir”in 200 milliqramlıq 40 həbdən ibarət bir paketinin pərakəndə satış qiymətinin 12 min 320 rubl (təxminən 162 dollar) olacağını demişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: