NASA “Artemis” Ay proqramının yenilənmiş planını təsdiqləyib

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) sentyabrın 21-də özünün “Artemis” Ay proqramının yenilənmiş planını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı idarənin rəhbəri Ceyms Braydenstayn jurnalistlər üçün telefon brifinqində açıqlayıb. Yenilənmiş plana əsasən, indi proqramın birinci mərhələsi (Artemis 1) 2021-ci ilə, ikinci mərhələsi (Artemis 2) 2023-cü ilə nəzərdə tutulur. Üçüncü mərhələ - insanın Aya enməsi (Artemis 3) isə əvvəlcə planlaşdırıldığı kimi 2024-cü ildə reallaşmalıdır.

Xatırladaq ki, NASA üç mərhələdən ibarət “Artemis” Ay proqramını 2019-cu ilin yazında elan edib. Birinci mərhələdə “Orion” kosmik gəmisi ay ətrafında pilotsuz uçuş həyata keçirməli və Yerə qayıtmalıdır. İkinci mərhələdə kosmik gəmi Yerin təbii peyki ətrafında ekipajla dövrə vuracaq.

Birinci və ikinci mərhələ əvvəlcə 2020-ci ilin sonuna və 2022-ci ilə planlaşdırılmışdı. Planın yenilənməsi SLS daşıyıcı raketinin hazırlanmasının COVID-19 pandemiyası səbəbindən ləngiməsi ilə izah olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: