Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin qaydalarını açıqlayıb

A- A A+

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirlikdən rəsmi SPA informasiya agentliyinə bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib.

Builki qaydalara görə, oktyabrın 4-dən başlayaraq, Krallığın hüdudları daxilində yaşayan zəvvarlar Ümrə ziyarətini yerinə yetirə biləcəklər. Lakin iki müqəddəs məscidi ziyarət edəcək bu insanların sayı birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 15 min nəfərdən çox olmayacaq və onların COVID-19 testindən keçməsinə, qoruyucu maska taxmasına və sosial məsafə qaydalarına riayət etməsinə xüsusi diqqət yetiriləcək.

Krallıq rəsmiləri bildiriblər ki, pandemiya şəraitində keçirilən Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətinin üçüncü mərhələsində xarici ölkələrdən məhdud sayda zəvvarların da iştirakına icazə veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: