Türkiyədə COVID-19 peyvəndinin ilkin sınaqlarına başlanılıb

A- A A+

Türkiyədə COVID-19-a qarşı peyvəndin sınaqlarına başlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin professoru Murat Gökova məlumat verib. Bildirilib ki, ilkin mərhələdə peyvənd yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq edilib. Ötən həftə peyvənd edilən şəxslərdə indiyədək heç bir mənfi təsir aşkarlanmayıb. Professor adı çəkilən universitetdə daha 1200 tibb işçisinə peyvəndin tətbiq olunacağını, bu həftədən etibarən başda İstanbul olmaqla ölkənin bir çox tibb müəssisələrində peyvəndləmə işlərinə başlanılacağını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: