“Johnson & Johnson” koronavirusa qarşı peyvəndin üçüncü sınaq mərhələsinə keçib

A- A A+

Amerikanın “Johnson & Johnson” əczaçılıq kompaniyası COVID-19 infeksiyasına qarşı peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinə başlayır.

NUHÇIXAN İnformasiya Agentliyi Interfax agentliyinə istinadla xəbər verir ki, tədqiqatların yeni mərhələsində həm ABŞ-dan, həm də digər ölkələrdən 60 minə yaxın könüllü iştirak edəcək.
“Johnson & Johnson” ABŞ-da koronavirusa qarşı vaksinin üçüncü sınaq mərhələsinə başlayan dördüncü kompaniya olub.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə vaksinin 2020-ci ildən xeyli tez istehsal olunacağını deyib. Onun sözlərinə görə, bu istiqamətdə ilk preparat çox güman ki, “Pfizer Inc” kompaniyasının hazırladığı peyvənd olacaq.

Eyni zamanda, sentyabr ayında “AstraZeneca” əczaçılıq kompaniyası “potensial izah olunmayan xəstəliyin” təhqiqatı ilə əlaqədar COVID-19 əleyhinə vaksinin klinik sınaqlarını dayandırıb.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: