Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

A- A A+

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sisteminin yeniləməsini ləğv edib.

NUHÇIXAN İnformasiya Agentliyi korporasiyaya istinadla xəbər verir ki, “Microsoft” tərəfindən “KB4559309” sistem yeniləməsinin “KB4576754” ilə əvəzlənməsi barədə qərar qəbul edilib. Yeni sistem yeniləməsi də məcburidir və köhnəlmiş “Internet Explorer” brauzerini “Edge” ilə əvəzləyir.

“Windows” texniki dəstək mütəxəssisi bildirir ki, bu sistem yeniləməsi əvvəllər buraxılan “KB4541301”, “KB4541302” və “KB4559309” yeniləmələrini əvəzləyəcək.

Yeniləmə sənədlərinə görə, “KB4576754” avtomatik yükləniləcək – onun yüklənilməsi üçün istifadəçinin iştirakı tələb olunmur. Korporasiya nümayəndələri qeyd edib ki, hazırda onlar “KB4576754” yeniləməsi ilə əlaqədar nasazlıqlar barədə məlumata malik deyillər.

Bir müddət əvvəl “Microsoft” yaz yeniləmələrindən birində problemin olduğunu etiraf edib. Mütəxəssislər vurğulayıblar ki, korporasiya yeniləmənin quraşdırılmasını dayandırıb və istifadəçilərdən onun səbəb olduğu problemlər barədə informasiya toplayır. İyunun sonunda “Windows 10” istifadəçiləri kompüterlərin yüklənmə vaxtının artmasına və oyunlarda ekranda göstərilən kadrların saniyə sayının azalmasına səbəb olan “KB4559309” yeniləməsindən şikayətləniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: