İstanbulda zəlzələ olub

A- A A+

Sentyabrın 24-də Marmara dənizində Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul və ətraf bölgələrdə hiss edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Yerli vaxtla saat 16.39-da baş verən yeraltı təkanların ocağının dənizin 6,8 kilometr dərinliyində olduğu bildirilir.

İstanbulun mərkəzində hiss edilən zəlzələ əhali arasında təşvişə səbəb olub.

Hələlik zəlzələnin fəsadları barədə məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: