“Mobile World Congress 2021” sərgisi təxirə salınıb

A- A A+

Dünya mobil rabitə operatorlarının maraqlarını təmsil edən və Barselonada “Mobile World Congress” sərgisinin təşkilatçısı qismində çıxış edən “GSMA” assosiasiyası tədbirin 2021-ci il iyunun sonunadək təxirə salınması ilə bağlı qərar qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, əvvəlcədən martın əvvəlinə planlaşdırılan “MWC 2021” sərgisi iyunun 28-dən iyulun 1-dək İspaniyanın Barselona şəhərində keçiriləcək.

“MWC 2020” sərgisi isə virusun bütün dünyanı bürüməsi səbəbindən son anda ləğv olunub. Assosiasiya nümayəndələrinin fikrincə, bu, koronavirus pandemiyasına baxmayaraq texnoloji sənaye üzrə böyük tədbirin təhlükəsiz keçirilməsini təmin etməyə imkan verəcək.

Təkcə ticarət şousu deyil, informasiya texnologiyaları sənayesinin liderlərinin danışıq yeri olan “Mobile World Congress” növbəti ildə iştirakçıların sayı əvvəlki illərə nisbətən az olsa da, adi rejimdə baş tutacaq. Kataloniya paytaxtında sərgiyə 100 mindən çox qonağın gəlməsi artıq adi hala çevrilib.

“GSMA” baş direktoru Mats Qranridin sözlərinə görə, növbəti ildə tədbirin virtual hissəsi daha əhəmiyyətli olacaq.

Keçirilmə tarixinin ertələnməsi koronavirusdan qorunma üzrə tədbirlərin gücləndirilməsi üçün vaxt udmağa imkan verəcək. Baş direktor ümidvar olduğunu bildirib ki, növbəti yayadək COVID-19 testlərindən daha tez keçmək və hazırda hazırlanma mərhələsində olan vaksinləri əldə etmək mümkün olacaq.

“GSMA” Şanxayda keçiriləcək “Mobile World Congress” sərgisinin Çin versiyasını da fevralın sonunadək təxirə salacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: