Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiq istifadəyə verilib

A- A A+

Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiqetmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Səhiyyə Sisteminə tabe olan yeni proqram koronavirusa yoluxmuş birinin yaxınlaşdığını təsbit etdikdə insanı 14 günlük özünü təcrid etməyə çağırır. Tətbiq koronavirusun daha sıx yayıldığı bölgəni ziyarət edən şəxsləri də xəbərdar edir. Elektron tətbiq 16 yaşdan yuxarı hər kəs tərəfindən istifadə oluna bilər.

Səhiyyə naziri Met Hankok, yeni tətbiqin yoluxma riski olan daha çox insanın aşkarlanmasına imkan verdiyini söyləyib. Uels və bir çox ərazilərdə tətbiqdən istifadəyə başlanılıb.

Virusa yoluxma sayının surətlə artdığı Birləşmiş Krallıqda Şotlandiyanın Birinci naziri Nikola Stercen vəziyyətlə bağlı Baş Nazir Boris Consona məktub yazaraq, daha sərt məhdudiyyətlər qoyulması üçün toplantı tələb edib.

Qeyd edək ki, Böyük Britaniyada ötən gün 6634 nəfər koronavirusa yoluxub, ölkədə virusa yoluxanların sayı 416 min 363 nəfərə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: