“Vikipediya”nın veb versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək

169

"Vikipediya" onlayn ensiklopediyasının veb versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu haqda "Vikipediya" tərəfindən idarə olunan "Wikimedia Foundation" qeyri-kommersiya təşkilatının bloqunda yazılıb.

Veb versiyanın yenidən dizayn edilməsi saytın yeni istifadəçilər üçün daha rahat edilməsi zərurəti ilə izah edilib. Tərtibatçılar, həmçinin planlaşdırılmış dəyişikliklərdən bəzilərini ayrıca səhifədə nümayiş etdiriblər. Məsələn, yeni dizaynda oxunan məqalənin bölmələrinin əlavə menyusu olacaq ki, bu da naviqasiya üçün səhifənin əvvəlinə geri qayıtmamağa imkan verəcək. Bundan başqa, tərtibatçılar diqqəti yayındıran çoxlu sayda linkdən ibarət sol sütundan imtina edəcəklər. Müxtəlif dillər arasında keçid imkanı xeyli sadələşdiriləcək.

"Wikimedia Foundation" təşkilatının rəsmisi bildirib ki, planlaşdırılmış dəyişikliklər yoxlamadan sonra tədricən reallaşdırılacaq. Veb versiyanın yenidən dizaynının 2021-ci ilin sonunadək tamamlanması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: