“Bosch” konserni nəticəni 39 dəqiqəyə göstərən koronavirus testi hazırlayıb

A- A A+

Almaniyanın “Bosch” konserni yeni koronavirus infeksiyasının müəyyən olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb. Həmin test artıq 39 dəqiqədən sonra nəticəni göstərir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə kompaniyanın saytında dərc olunan press-relizdə deyilir. “Test 39 dəqiqə ərzində etibarlı nəticəni təmin edir və o, hazırda dünyada ən sürətli test hesab olunur”, - konsernin bəyanatında belə deyilir.

Qurğu avtomobil trasları və aeroportların texniki xidmət stansiyalarının mobil test mərkəzlərində istifadə olunması üçün nəzərdə tutulub.

“Koronavirus pandemiyası ilə mübarizədə əsas məsələlərdən biri yoluxma mənbəyinin tez bir zamanda müəyyən edilməsidir. Bu səbəbdən daha sürətli nəticə almaq üçün səylərimizi ilk koronavirus testimizin təkmilləşdirilməsi üzərində cəmlədik”, - deyə kompaniyanın idarə heyətinin sədri doktor Folkmar Denner qeyd edib.

Qeyd edək ki, konsernin mart ayında təqdim etdiyi və dəqiqlik göstəricisi 95 faiz təşkil edən öncəki test sistemi koronavirusun müəyyən edilməsi üzrə nəticəni 2,5 saat ərzində çıxarırdı.

“Bosch” yeni test sistemini Almaniyanın “R-Biopharm” biotexnologiya kompaniyası ilə birgə hazırlayıb. Qurğunun dəqiqliyi 98 faiz təşkil edir. İlin sonuna qədər konsern istehsalat gücünü 1 milyon testə qədər artırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: