Ermənistan müxalifətinin lideri həbs olunub

A- A A+

Yerevan Ümumi Hüquq Məhkəməsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qagik Sarukyanın həbsinə qərar verib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla bildirir ki, bunu onun vəkili Yerem Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.

Vəkil qeyd edib ki, məhkəmə Qagik Sarukyana qarşı qabaqlayıcı tədbir kimi həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Y. Sarkisyan, həmçinin bildirib ki, hazırda o, Sarukyanın müdafiəsi ilə bağlı apelyasiya şikayəti hazırlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: