Türkiyənin Gaziantep şəhərində 300 fabrikin birlikdə açılış mərasimi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxışı edib. Koronavirus (COVID-19) pandemiyası dövründə Türkiyə iqtisadiyyatının yeni bir rekordlara doğru irəliləməkdə olduğunu ifadə edən dövlət başçısı deyib ki, Gaziantep bölgəsindəki fabriklərin qurulmasına ümumilikdə 1 il yarım vaxt sərf olunub. On beş milyard (təxminən 2 milyard ABŞ dolları) türk lirəsi sərmayə hesabına başa gələn bu müəssisələrdə, ümumilikdə 45 min vətəndaş işlə təmin olunacaq.