Ermənistan hakimiyyəti kişilərin ölkədən çıxmasını məhdudlaşdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi "Nation News"a istinadən xəbər verir ki, artıq 18-55 yaş arasındakı kişilər respublikadan yalnız hərbi komissarlığın icazəsi ilə çıxa biləcəklər.
Bildirilir ki, bunun üçün onlar ərazi hərbi komissarlıqlarından yazılı təsdiq almalıdırlar.