Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan vəziyyəti müzakirə ediblər.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb. İki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsini pisləyiblər, həmçinin davam edən döyüş əməliyyatları ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.