Ermənistana gedən fiberoptik beynəlxalq internet kabel xətti Gürcüstan ərazisində zədələnərək sıradan çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb. Bildirilir ki, bu xətt Gürcüstanın Kvemo Karti bölgəsindən keçir. Kabel xəttindəki zədəyə görə, Ermənistanda hazırda internet yoxdur.