Dünyada smartfonlar üçün nəzərdə tutulan ən populyar əlavə “TikTok” olub

A- A A+

2020-ci ilin üçüncü kvartalının nəticələrinə əsasən, dünyada smartfonlara yüklənən ən populyar servis qısa videoroliklər üçün nəzərdə tutulan “TikTok” əlavəsi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə smartfon proqramlarının TOP-10 reytinqini tərtib edən “SensorTower” məlumat yayıb.

Çinin hazırladığı və gənclər arasında populyarlıq qazanan "TikTok” həm “Google Play”, həm də “App Store” online-mağazalarında ilk pilləni tutub. “Android” istifadəçiləri arasında ikinci və üçüncü yerlərdə “Facebook” sosial şəbəkəsi və “Zoom” videokonfransı, “iPhone” və “iPad” istifadəçiləri arasında isə “Zoom” və “YouTube” video hostinqi qərarlaşıb.

Qeyd edək ki, Çinin “ByteDance” kompaniyasına məxsus “TikTok” əlavəsi hazırda ABŞ hakimiyyətinin təzyiqi altındadır. “Oracle” kompaniyası onu almayacağı təqdirdə Birləşmiş Ştatlar ərazisində əlavənin işi əngəllənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: