KTMT-nin Ermənistandakı hərbi təlimləri təxirə salınıb

A- A A+

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.

Bununla yanaşı oktyabr ayının 23-dən 30-dək KTMT tərəfindən Ermənistanda keçirilməsi nəzərdə tutulmuş "Axtarış 2020" və "Qarşılıqlı fəaliyyət 2020" adlı komanda-qərargah təlimlərinin də təxirə salındığı diqqətə çatdırılıb.

Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: