Türkiyə Prezidenti ilə Almaniya Kansleri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yaratdığı vəziyyəti müzakirə ediblər

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatla görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Almaniya, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi mövzusu, Liviyadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi başda olmaqla regional məsələlər müzakirə olunub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqları ilə bağlı problemin uzunmüddətli həlli üçün BMT-nin qərarlarının yerinə yetirilməsi və beynəlxalq hüququn tələblərinə əməl edilməsi mütləqdir. Eyni zamanda, Liviyadakı atəşkəsin yaratdığı fürsətlərin əldən verilməməsinin vacibliyini də Kansler Angela Merkelin diqqətinə çatdırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı Liderlər Zirvəsinin qəbul etdiyi məlum açıqlama münasibətlərdəki problemləri həll etmək, dialoq və əməkdaşlığa əsaslar yaradacaq elementlərdən kasaddır.

Türkiyənin xoşniyyətli mövqeyinə qarşı Avropa İttifaqı Yunanıstanın və Cənubi Kipr yunan rəhbərliyinin reaksiya və şantajlarına boyun əydiyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan Avropanın böyük maraqlarının İttifaqın bir sıra üzvlərinin şəxsi maraqlarına qurban verməməsinin əhəmiyyətini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: