XİN: Kanadanın Türkiyəyə bəzi hərbi məhsulların ixracatını dayandırmaq bəyanatı ikili standartdır

A- A A+

Kanadanın Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün apardığı haqlı mübarizəni bəhanə edərək bəzi hərbi məhsulların Türkiyəyə ixrac icazələrinin dayandırılması ilə bağlı bəyanatı bu ölkənin ikili standart yanaşmasının göstəricisidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Açıqlama belə davam edir: “Kanada bu əsrin ən böyük insanlıq faciələrindən biri olan Yəməndəki böhrana hərbi cəhətdən maraqları olan ölkələrə silah ixrac edib. BMT mütəxəssislərinin hazırladığı hesabatlarda da tənqid olunan bu silah satışları regional təhlükəsizliyə zərərli hal kimi təqdim ediliblər. Bu problemi görməməzliyə vuraraq bir NATO müttəfiqinə müdafiə məhsulları ixracatını dayandırmağın izahı yoxdur.

Kanada, xüsusən də “Sülh çeşməsi” antiterror əməliyyatına başladığımız dövrdən bəri, ölkəmizə qarşı ittifaq ruhuna uymayan bir şəkildə hərbi məhsulların ixracat icazələri baxımından əngəllər yaradır və iş birliyindən uzaq bir münasibət sərgiləyir. Türkiyə hərtərəfli ixrac nəzarəti rejiminə malikdir və bu imkanlardan irəli gələn vəzifələrini də ciddi şəkildə yerinə yetirir. Kanadadan gözlədiyimiz ikili standartlar siyasətindən uzaq bir siyasət yürütməsi, bu ölkədəki Türkiyəyə qarşı dairələrin təsiri altında qalmadan və dar siyasi maraqlar hesabına qapılmadan hərəkət etməsidir.”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: