NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveç Kral Akademiyası 2020-ci il kimya sahəsi üzrə Nobel mükafatının fransalı alim Emmanuel Şarpentierə və onun amerikalı həmkarı Cennifer A.Dudnaya verildiyini elan edib.
Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar “genoma düzəliş edilməsi üçün yeni metodun yaradılmasına görə” bu mükafata layiq görülüblər.