Rusiya Prezidenti Moskvaya gələn Ermənistanın Xarici İşlər naziri ilə görüşməyi planlaşdırmır

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Moskvaya gələn Ermənistanın Xarici İşlər naziri ilə görüşməyi planlaşdırmır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, RF Xarici İşlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zoqrab Mnatsakyan ilə danışıqlar aparacaq.

D.Peskov onu da qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü planlaşdırılmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: