İğdırın bir məhəlləsinə Qarabağ adı verilib

A- A A+

Türkiyənin İğdır vilayətinin Mələkli qəsəbəsində bir məhəlləyə Qarabağ adı verilib. Mələkli qəsəbə Bələdiyyəsi bu qurumun sədri Eray Coşarın təklifini yekdilliklə təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Eray Coşar jurnalistlərə açıqlamasında deyib: “Dağlıq Qarabağ və ona bitişik ərazilərin otuz ilə yaxın zamanda işğal altında saxlanılması Azərbaycan və Türkiyədə eyni böyük problem kimi qəbul olunub. Prezident İlham Əliyevin komandanlığında Azərbaycan Ordusunun işğaldan xilas olmaq üçün başladığı müqəddəs hərəkat olduqca qürurvericidir. Azərbaycan Ordusunun düşmən üzərində rəşadətlə əldə etdiyi uğurları böyük sevinclə qarşılayırıq. Bu prosesdə Azərbaycana dəstək vermək məqsədilə biz də öz mövqeyimizi bələdiyyə məclisimizin qərarı ilə təsdiqlədik. Bundan sonra Mələkli qəsəbəsinin mərkəzi məhəlləsi Qarabağ adlandırılacaq. Əslində, bizim bu qərarımız bütün Türkiyənin, İğdır əhalisinin, Azərbaycansevər bütün vətəndaşlarımızın mövqeyi və arzusudur”.

Azərbaycan Ordusunun tezliklə rəşadətli qələbə çalacağına əmin olduğunu vurğulayan bələdiyyə sədri Eray Coşar bildirib ki, bu zəfər Qafqaz və Anadolu daxil olmaqla, böyük bir coğrafiyaya sülh, sabitlik və inkişaf gətirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: