Oktyabrın 9-da Türkiyənin Hatay bölgəsində başlayan meşə yanğını yenidən güclənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çoxistiqamətli müdaxiləyə baxmayaraq yanğın güclənib və sürətlə yayılmağa başlayıb. Bu gün səhər saatlarında alov yaşayış yerlərinə keçib. Arsuz rayonunun Nərgizlik və Karahüseyinli məhəllələrinə keçən yanğın səbəbindən bir evdə partlayışın baş verdiyi bildirilir. Yanğının söndürülməsi üçün ətraf vilayətlərdən əlavə qüvvələr cəlb olunur.