Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, Hökumət evi qarşısında mitinqçilərin qarşısında çıxış edərkən deyib.
S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.
Xatırladırıq ki, bu gün Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.