Türkiyə və Ukrayna prezidentlərinin təkbətək görüşü başa çatıb - FOTOLAR
Türkiyədə rəsmi səfərdə olan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun “Vahdettin” köşkündə təkbətək görüşü başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki ölkə başçısının bir saat 45 dəqiqə davam edən görüşünün ardından heyətlər arasında görüş olub.
Dövlət başçılarının mətbuata birgə açıqlama verəcəyi gözlənilir.