İyirmidən çox asteroid Yerə yaxınlaşır

A- A A+

Yaxın günlərdə çoxlu sayda asteroid Yerin yaxınlığından keçəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, oktyabrın 19-da ölçüsü 1,5 metrdən 46 metrədək olan altı asteroid Yerə yaxınlaşacaq.

Onlardan ən yaxını planetə 150 min kilometr məsafədə keçəcək.

Oktyabrın 20-də isə 10 asteroid Yerin yaxınlığından keçəcək. Ölçüsü 7 metrdən 73 metrədək olan asteroidlərin ən yaxın uçuş məsafəsi 690 min kilometr təşkil edəcək.

Daha 6 asteroid isə oktyabrın 21-də qeydə alınacaq. Həmin gün asteroidlərdən biri 46 min kilometrədək, yəni rabitə peyklərinin yerləşdiyi orbitə 10 kilometr məsafəyə yaxınlaşacaq.

Bu asteroid yağışının Yerə hər hansı bir zərərinin olmayacağı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: