“Microsoft Defender” “Windows 10” sistemi üçün on ən yaxşı antivirusdan biri seçilib

A- A A+

“AV-Test” müstəqil tədqiqat şirkəti “Windows 10” platforması üçün ən effektiv antivirus proqramlarının yeni reytinqini dərc edib. Mütəxəssislər “Microsoft Defender” antivirusunu əməliyyat sisteminin qorunması üçün ən effektiv variantlardan biri adlandırıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadən xəbər verir ki, qərargahı Almaniyada yerləşən şirkətin mütəxəssisləri “Windows” əməliyyat sistemi üçün antivirus məhsullarını mütəmadi olaraq qiymətləndirirlər. Sınaqlar zamanı üç əsas amil nəzərə alınır: məhsuldarlıq, qoruma səviyyəsi və istifadə rahatlığı. Bu il “Microsoft Defender” hər üç kateqoriya üzrə ən yüksək bal toplamağa nail olub.

Mütəxəssislərin hesabatı 2020-ci ilin iyulundan avqust ayınadək olan məlumatları əhatə edir. Sınaqların nəticələrinə əsasən, “Microsoft”un proqram təminatı bütün kateqoriyalar üzrə “Kaspersky Internet Security”, “Norton 360” və “Avira Antivirus Pro” kimi tanınmış rəqib proqram təminatları ilə eyni səviyyədə olub.

“Microsoft Defender” antivirus proqram təminatının əsas üstünlüklərindən biri odur ki, o, əməliyyat sisteminin tərkibinə daxildir və lisenziyanın dövrü uzadılmasını tələb etmir, həmçinin ödənişli məhsullar kimi eyni funksionallıq təklif edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: