Təbriz-İstanbul aviareysləri bərpa edilib

A- A A+

Təbriz-İstanbul-Təbriz aviareysləri bərpa olunub. Həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Təbriz-İstanbul, digər günlərində isə İstanbul-Təbriz istiqamətində uçuşlar həyata keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Təbriz hava limanının rəisi Ramin Azəri deyib. O bildirib ki, sərnişinlərin sağlamlığını qorumaq məqsədilə sosial məsafənin gözlənilməsi təmin ediləcək. Tibbi maskası olmayan sərnişinlərin hava limanına daxil olması qadağandır. Bundan başqa, hava limanına daxil olanların hərarəti ölçüləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar cari il fevralın 24-də Təbriz-İstanbul-Təbriz reysləri dayandırılmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: