Türkiyədəki partlayış terrorçunun üstündəki bombanın partlaması əsasında baş verib - YENİLƏNİB

A- A A+

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində zərərsizləşdirilən terrorçunun üstündəki bomba partlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, PKK terrorçuları terror aktı törətmək məqsədilə Amanos dağlarından Hatay bölgəsinə eniblər. Hatayın Dördyol rayonunda nəzarət məntəqəsində “dayan” əmrinə tabe olmayan terrorçular polisə atəş açıblar. Terrorçuları təqib edən qanun keşikçiləri onları İsgəndərun rayonu ərazisində sıxışdırıblar. Baş verən atışmada terrorçulardan biri öldürülüb. Vurulan terrorçunun üstündəki bomba partlayıb. İkinci terrorçunun da zərərsizləşdirildiyi bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisəni kəskin ifadələrlə qınayaraq, polis əməkdaşlarını və hataylıları təhlükənin dəf olunması münasibətilə təbrik edərək bildirib ki, artıq Türkiyə belə terror aktları ilə məşğul edilən ölkə deyil.

Hazırda bölgədə antiterror əməliyyatı və hadisənin araşdırılması davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: