Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı prezidentlər beynəlxalq gündəmdə olan məsələlərə, o cümlədən Suriya münaqişəsinin həlli istiqamətində birgə səylərə dair fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Rusiya Prezidenti türkiyəli həmkarını prezident seçkilərində qazandığı qələbə münasibətilə yenidən təbrik edib. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: