NASA Ayda su tapdı

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Bu halda Braydenstayn əlavə edib ki, Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: