Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Egey bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı operativ qərargah yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, qurum təbii fəlakət bölgəsinə iki helikopter göndərib. Ankara, Ərzurum və Diyarbəkirdən isə Hərbi Hava Qüvvələrinə məxsus üç hərbi təyyarənin İzmirə yola salınması planlaşdırılır.