Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: “Qarabağdakı vəziyyətin gedişinə xüsusi diqqət yetirilməklə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub”.
İclasda, həmçinin Rusiyadaxili gündəliyə aid məsələlər də müzakirə edilib.